Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Edirne °C

Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans keçirilib

Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans keçirilib
REKLAM ALANI
24.05.2024
A+
A-

Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans keçirilib

, 2024

 

 

 

Belqradda 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi-bədii konfrans keçirilib

Azərbaycanın Serbiyadakı Səfirliyinin və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”ndə 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi- bədii konfrans keçirilib.

Konfransda Şərqşünaslıq kafedrasının rəhbəri Ema Milykoviç, ADU-nun fəlsəfə kafedrasının professoru Şəfəq Abdullayeva, Azərbaycan Mədəniyyət evinin direktoru, Belqrad Milli Teatrının ilk qadın sopranosu Jasmina Trumbetaş, Yunus Emre İnstitutunun Belqrad şöbəsinin direktoru Dinser Şahin, Belqrad Universitetinin müəllim və tələbələri, Belqradda yaşayan və təhsil alan azərbaycanlılar iştirak edib.

Konfransı giriş sözü ilə açıq elan edən Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Günel Babanlı Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı verdiyi Sərəncamı xatırladıb. Dövlət başçısının müvafiq sərəncamına və ADU-nun tədbirlər planına əsasən baş tutan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Səfirin mədəniyyət və təhsil məsələləri üzrə köməkçisi Mehriban Tağıyeva səfir Kamil Xasıyevin salamını konfrans iştirakçılarına çatdırıb, daha sonra hər iki dost ölkə arasındakı mədəni əlaqələrin qurulmasının tarixi və inkişaf mərhələləri və bugünkü vəziyyəti haqqında məlumat verib.

Konfrans Belqrad Universitetinin professoru Kseniya Aykutun çıxışı, Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva və fəlsəfə kafedrasının professoru Şəfəq Abdullayeva “Azərbaycan tarixinin şanlı səhifəsi və M.Ə.Rəsulzadə 140”, Belqrad Universitetinin Türkologiya kafedrasının müəllimi Dr.Safiya Karababa “Nuru paşa -Tarix yazan qardaşlıq”, Səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə əməkdaşı Mehriban Tağıyevanın “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı təqdimatları ilə davam edib.

Konfransa serb gənclər Azərbaycan dilində müxtəlif şeirlər səsləndiriblər: filologiya fakültəsində Azərbaycan dilini seçmə xarici dil kimi təhsil alan tələbə Anastasiya Mihaylova şair Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” şeirini bəstəkar Üzeyir Hacıbəyovun eyni adlı bəstəsinin müşayiəti ilə, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin hər il təşkil etdiyi yay düşərgəsinin Serbiyadan olan ilk iştirakçısı Mariya Radovanoviç Aslan Aslanovun “Lalələr” şeirini tar musiqisi sədaları altında, Azərbaycan dilini xarici dil kimi öyrənən filologiya fakultəsinin 3-cü kurs tələbəsi Yelena Markoviç isə Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyib.

Sonda Günel Babanlı Xarıbülbül Musiqi festivalının tarixindən ətraflı məlumat verib. Xalq artisti Polad Bülbüloğlunun Xarıbülbül festivalında ifa etdiyi “Şən Azərbaycan” mahnısının video-çarxının nümayişi ilə elmi-bədii konfrans yekunlaşıb.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/belqradda-28-may-musteqillik-gunune-hesr-olunmus-elmi-bedii-konfrans-kecirilib-4721

REKLAM ALANI