Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Edirne °C

No:295/23, Azərbaycan ilə Pakistan arasında keçirilmiş XİN-lərarası siyasi məsləhətləşmələrə dair mətbuat məlumatı

No:295/23, Azərbaycan ilə Pakistan arasında keçirilmiş XİN-lərarası siyasi məsləhətləşmələrə dair mətbuat məlumatı
REKLAM ALANI
02.06.2023
A+
A-

 

 

 

No:295/23, Azərbaycan ilə Pakistan arasında keçirilmiş XİN-lərarası siyasi məsləhətləşmələrə dair mətbuat məlumatı

31 may 2023-cü ildə Bakı şəhərində Azərbaycan Respublikası və Pakistan İslam Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Pakistan tərəfindən xarici işlər nazirinin birinci müavini Əsəd Məcid Xan başçılıq ediblər.

 

 

Siyasi məsləhətləşmələr zamanı iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin, xüsusilə parlament diplomatiyasının əhəmiyyəti önə çəkilərək, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsir göstərdiyi bildirilib.

 

Müzakirələr çərçivəsində, 2022-ci ilin ölkələrimiz arasında diplomatik əlaqələrin 30 illik yubileyi kimi əlamətdar tarixlə yadda qaldığı bildirilib, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Həmçinin 44 günlük Vətən Müharibəsi zamanı Pakistanın nümayiş etdirdiyi qəti və birmənalı mövqeyi, haqq işimizə göstərdiyi tərəddüdsüz dəstək və həmrəyliyi xüsusilə vurğulanıb.

 

 

 

Nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, bərpa və quruculuq, habelə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən böyük qayıdış proqramı, ağıllı şəhər və yaşıl enerji layihələri haqqında ətraflı məlumat verib.

 

Görüşdə tərəflər arasında, həmçinin çoxtərəfli əməkdaşlıq, regional məsələlər və digər maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no29523

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.