Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Edirne °C

Norveçdəki həftəsonu Azərbaycan dili məktəbinin növbəti dərsi Oslodakı muzeydə baş tutub

Norveçdəki həftəsonu Azərbaycan dili məktəbinin növbəti dərsi Oslodakı muzeydə baş tutub
REKLAM ALANI
10.12.2022
A+
A-

 

 

 

Norveçdəki həftəsonu Azərbaycan dili məktəbinin növbəti dərsi Oslodakı muzeydə baş tutub

2022
Norveçdəki həftəsonu Azərbaycan dili məktəbinin növbəti dərsi Oslodakı muzeydə baş tutub

 

Norveçdə fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və mədəniyyəti məktəbi növbəti dərsi Osloda yerləşən Beynəlxalq Uşaq İncəsənəti Muzeyində keçirib.

Ana dilini fərqli mədəni məkanda tədris etməkdə məqsəd şagirdlərin diqqətini dünyadakı yaşıdlarını düşündürən mövzulara cəlb etmək və bu barədə onların fikirlərini öyrənmək olub.

Dərsdən öncə məktəbin şagirdləri dünyanın müxtəlif ölkələrindən olan yaşıdlarının muzeydə sərgilənən rənglər dünyası və eksponatlarla tanış olublar.

Muzey rəhbərliyi şagirdlərə bildirib ki, bu mədəniyyət ocağında dünya uşaqları arasında müxtəlif mövzular üzrə elektron rəsm müsabiqələri keçirilir və Azərbaycandan olan uşaqlar bu müsabiqələrdə çox fəal iştirak edirlər. Şagirdlərə muzey tərəfindən çap edilmiş kitabda Azərbaycandan olan uşaqların rəsm əsərləri nümayiş etdirilib və hər bir rəsmin mahiyyəti izah olunub.

Sonra Ana dili dərsində Azərbaycanın görkəmli ədibi, milli uşaq ədəbiyyatının banilərindən biri olan Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında məlumat verilib. Şairin yaradıcılığı barəsində fikir mübadiləsi aparılıb və şeirlər səsləndirilib.

Dərsdən sonra şagirdlər muzeyin emalatxanasında sevdikləri nağıl qəhrəmanları və Yeni illə bağlı açıqçalar, fiqurlar hazırlayıblar və rəsmlər çəkiblər.

Qeyd edək ki, 1996-cı ildə Norveçə rəsmi səfəri çərçivəsində görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Beynəlxalq Uşaq İncəsənəti Muzeyini ziyarət edib və milli geyimli Azərbaycan gəlinciklərini (kuklalarını) muzeyə hədiyyə edib.

Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin nümayəndələri bu faktı muzey rəhbərliyinə xatırladıblar. Bildiriblər ki, yaxın gələcəkdə milli geyimli yeni Azərbaycan gəlinciklərini muzeyə bəxş edəcəklər. Rəhbərlik bu hədiyyələrin muzeyin ən gözəl guşəsində sərgilənəcəyini vurğulayıb.

 

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

Kaynak:http://diaspor.gov.az/az/news-detail/norvecdeki-heftesonu-azerbaycan-dili-mektebinin-novbeti-dersi-oslodaki-muzeyde-bas-tutub-2045

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.