Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Edirne °C

Varşavada Heydər Əliyevin 100 illiyi, Müstəqillik Günü və Silahlı Qüvvələr Günü təntənə ilə qeyd olunub

Varşavada Heydər Əliyevin 100 illiyi, Müstəqillik Günü və Silahlı Qüvvələr Günü təntənə ilə qeyd olunub
REKLAM ALANI
30.05.2023
A+
A-

 

 

 

Varşavada Heydər Əliyevin 100 illiyi, Müstəqillik Günü və Silahlı Qüvvələr Günü təntənə ilə qeyd olunub

, 2023
Varşavada Heydər Əliyevin 100 illiyi, Müstəqillik Günü və Silahlı Qüvvələr Günü təntənə ilə qeyd olunub

Varşava Milli Filarmoniyasında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illiyi, ölkəmizin Müstəqillik Günü və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi münasibətilə təntənəli rəsmi qəbul keçirilib.

Tədbir Heydər Əliyev Fondunun, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi və Azərbaycanın Polşadakı səfirliyinin təşkulatçılığı ilə baş tutub.

Qəbulda Polşa hökumətinin, Seyminin, Senatının, müxtəlif dövlət qurumlarının təmsilçiləri, Avropa Parlamentinin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, diplomatik korpusun, yerli ictimaiyyətin, dini konfessiyaların, Azərbaycan diasporunun nümayəndələri, Polşa vətəndaşı olan həmvətənlərimiz və azərbaycanlı tələbələr iştirak ediblər.

Öncə “Junior Eurovision–2021” mahnı müsabiqəsinin iştirakçısı Sona Əzizovanın ifasında Azərbaycanın və Polşanın Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan ölkəmizin Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycanın Müstəqillik Gününün tarixi barədə məlumat verib, müsəlman və Türk dünyasında ilk dünyəvi və parlamentar respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyətindən və əldə etdiyi nailiyyətlərdən danışıb. Nəzərə çatdırıb ki, AXC-nin hökumət strukturlarında, parlamentdə, məhkəmə-hüquq sistemində polyak əsilli vətəndaşlarımız da təmsil olunub. General-leytenant Masey (Məmməd bəy) Sulkeviç Azərbaycan Ordusunun Baş Qərargah rəisi, publisist və tarixçi Leon Kriçinski Nazirlər Şurası Dəftərxanasının rəisi, onun qardaşı Olqerd Kriçinski isə ədliyyə nazirinin müavini vəzifəsində çalışıb və onlar ümumi vətənimiz Azərbaycanın müdafiəsi üçün səylərini əsirgəməyib. Polşanın AXC-ni tanıyan 23 dövlətdən biri olduğu, bu ölkənin rəsmilərinin hər zaman respublikamızın beynəlxalq aləmdə tanınmasını dəstəklədiyi vurğulanıb.

 

 

 

 

 

Qeyd edilib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası AXC-nin hüquqi varisidir. Məhs ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanın xaos və anarxiyadan çıxarılması, inkişafa doğru aparılması ilə nəticələnib, ölkəmizin dünya siyasi sistemində layiqli mövqe tutmasını təmin etdi, gələcəkdə regionda söz sahibi olmasına zəmin yaradıb. Ümummilli liderin şah əsəri olan güclü Azəbaycanın öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdiyi bildirilib.

Fəxri qonaq qismində çıxış edən Polşanın xarici işlər nazirinin müavini Arkadiuş Mularçık nazir Zbiqnev Raunun xalqımıza təbriklərini çatdırıb. Nazir müavini xatırladıb ki, Polşa hələ 1919-cu ildə dünyada ilk dövlətlərdən biri olaraq AXC-nin müstəqilliyini tanıyıb, polyaklar isə Azərbaycanın dövlət quruculuğuna, ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr veriblər.

Sonra təqdim olunan konsert proqramında Azərbaycanın xalq artisti, xanəndə Mənsum İbrahimovun rəhbərliyi, xalq artisti Elçin Həşimov, əməkdar artistlər Elnur Əhmədov və Kamran Kərimovun iştirakı ilə “Qarabağ” muğam qrupu və müğənni Çinarə Məlikzadə çıxış ediblər. Azərbaycan sənətçilərinin ifası qonaqların böyük rəğbətini qazanıb.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun ümummilli liderin 100 illik yubileyi münasibətilə hazırladığı və görkəmli siyasi xadimin irsini əks etdirən fotosərgi nümayiş etdirilib.

Rəsmi qəbul ziyafətlə davam edib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/varsavada-heyder-eliyevin-100-illiyi-musteqillik-gunu-ve-silahli-quvveler-gunu-tentene-ile-qeyd-olunub-3004

 

 

 

REKLAM ALANI